Logo
news content
User
Kateqoriyalar

Xəbər

SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Sərdar Əzmayi Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisinin vurulduğunu açıqlayıb.

Bu barədə IRIB xəbər verir.

Onun sözlərinə görə, ABŞ ordusuna məxsus "Saildrone" adlı pilotsuz kəşfiyyat gəmisi Hörmüz boğazında hədəfə alınıb.

SEPAH komandanı bildirib ki, Hörmüz boğazı bağlanıb və İran qüvvələrinin kəşfiyyat nəzarəti və "ağıllı idarəetməsi" altındadır.

"İstənilən düşmənçilik xarakterli hərəkət hədəfə alınacaq", – deyə Əzmayi vurğulayıb.