Logo
news content
User
Kateqoriyalar

Xəbər

SEPAH ən böyük hücum həyata keçirib: ABŞ-ın F-35, F-16, F-15 qırıcıları hədəfə alınıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı F-35, F-16, F-15 qırıcılarının təmir-texniki xidmət, hazırlıq, dislokasiya anqarı və qırıcı sığınacaqları hədəfə alıb.

“Tasnim” xəbər verir ki, Amerikanın İordaniyadakı Əl-Əzrəq bazasına ağır raket zərbələri endirilib.

"Təcavüzkarı cəzalandırmaq məqsədilə keçirilən bu əməliyyatda ballistik raketlərin ağır hücumu ilə F-35, F-16, F-15 qırıcılarının təmir-texniki xidmət, hazırlıq, dislokasiya anqarı, qırıcı sığınacaqları vurulmuş və düşmənə ağır ziyan dəyib", - SEPAH-ın bəyanatında bildirilib və əlavə edilib ki, ABŞ-nin heç bir hücumu cavabsız qalmayacaq.

Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana aid beş neft tankerini məhv etdiyi barədə məlumat yayıb.