SEPAH: ABŞ-nin 2 gəmi və 8 neft tankerinə zərbələr endirilib
09 Sentyabr 2026
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının İran tərəfindən qadağan elan olunmuş və qeyri-təhlükəsiz bölgəsindən keçmək niyyətində olan 2 Amerika gəmisi, 8 neft tankeri və digər bayraqlar altında üzən 10 gəmini hədəfə alıb.
“Tasnim” xəbər verir ki, SEPAH bununla bağlı bəyanat yayıb.
"SEPAH-ın Hərbi Dəniz Qüvvələri Amerika ordusunun Fars körfəzində 5 İran neft tankerinə etdiyi hücuma cavab olaraq, bu bölgədə 2 Amerika gəmisini və 8 neft tankerini hədəfə alaraq onlara böyük zərər vurub", - bəyanatda bildirilib.
Qeyd olunub ki, ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazının qadağan olunmuş və qeyri-təhlükəsiz bölgəsindən keçmək niyyətində olan, qaydaları pozan 10 gəmiyə də zərbələr endirilib:
"Hörmüz boğazı SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin nəzarəti və idarəsi altındadır".
Daha əvvəl SEPAH ABŞ-nin İordaniyadakı F-35, F-16, F-15 qırıcılarının təmir-texniki xidmət, hazırlıq, dislokasiya anqarı və qırıcı sığınacaqlarına da hücum edib.
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana aid beş neft tankerini məhv etdiyi barədə məlumat yayıb.
04:04
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) qanadlı raketlər və "Aegis" döyüş sistemi daşıyan DDG-119 və DDG-53 döyüş esmineslərini hücuma məruz qoyub.
Bu barədə "Tasnim" agentliyi SEPAH-a istinadən məlumat yayıb.
"İslam İnqilabı Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələri cəzalandırma əməliyyatında qanadlı raketlər və "Aegis" daşıyan DDG-119 və DDG-53 döyüş esmineslərinə ballistik raketlərlə hücum edib. Bu hücum nəticəsində həmin gəmilərə ciddi ziyan dəyib", - SEPAH-ın bəyanatında vurğulanıb.
Daha əvvəl SEPAH ABŞ-nin İordaniyadakı F-35, F-16, F-15 qırıcılarının təmir-texniki xidmət, hazırlıq, dislokasiya anqarı və qırıcı sığınacaqlarını hədəfə aldığını açıqlayıb.
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana aid beş neft tankerini məhv etdiyi barədə məlumat yayıb.