Logo
news content
User
Kateqoriyalar

Xəbər

SEPAH ABŞ F-35 qırıcısını vurub, pilot katapult edib, mükafat təyin olunub - YENİLƏNİB

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava Hücümundan Müdafiə vasitələri ölkənin hava məkanında ABŞ-nin F-35 qırıcısını vurub.

Bu barədə İran KİV-i "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahına istinadən məlumat yayıb.

İlkin məlumata görə, güclü partlayış səbəbindən pilot katapult edə bilməyib. Qərargahın məlumatına görə, bu, ABŞ-nin sutka ərzində vurulmuş ikinci "F-35" qırıcı təyyarəsidir.

İran səmasında vurulan ABŞ-ın F-35 qırıcısının pilotu katapult edib.

“Tasnim”in məlumatına görə, İran hərbçilərinin pilotu əsir götürdüyü ehtimal olunur.

Məlumata görə, ABŞ-ın hərbi nəqliyyat təyyarələri və helikopterləri pilotun sağ qalma ehtimalını nəzərə alaraq, onun axtarışını aparır.

Məsələ ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

İranın dövlət televiziyasında bildirilib ki, amerikalı pilotu sağ ələ keçirən şəxs mükafat alacaq.

Bəyanatda deyilir ki, Kohgiluye bölgəsinin polis idarəsi İran səmasında vurulmuş ABŞ qırıcısının pilotu və ya pilotlarının ələ keçirilməsinə kömək edənlərə mükafat vəd edib.