Logo
news content
User
Kateqoriyalar

Xəbər

Selçuk Bayraktar xanımı ilə Cıdır düzündə - FOTOLAR

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Şuşaya gedib.

“Qafqazinfo” xəbər verir ki, o, Şuşada Cıdır düzündə olub.

Selçuk Bayraktarı bu səfərdə həyat yoldaşı Sümeyye Ərdoğan Bayraktar, sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır, nəqliyyat və infrastruktur nazirinin müavini Ömer Fatih Sayan və digərləri müşayiət edib.

Qeyd edək ki, S. Bayraktar Bakıda 26-29 may tarixlərində keçirilən “TEKNOFEST Azərbaycan” çərçivəsində ölkəmizə səfər edib.