Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Səfərbərlik iqtisadiyyatın belini qırıb..."

Kreml lideri Vladimir Putinin Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyada apardığı səfərbərlik işçi qüvvəsinin qıtlığını gücləndirir və istehlakçıların etimadını sarsıdır, ona görə də iqtiadiyyat çökməkdə davam edir.

Bu barədə Rusiyanın Mərkəzi Bankının analitik departamentinin hesabatına istinadən Amerikanın "Bloomberg" nəşri yazıb.

"Sentyabr ayında iqtisadiyyatın aktivliyinin bərpası dayanıb və ayın sonuna bu meyl bir qədər pisləşməyə başlayıb", - hesabatda belə deyilir.

Sənəddə deyilir ki, Rusiyada səfərbərlik artıq istehlakçı etimadına və işğüzar fəalığa zərbə vurub və növbəti aylarda iqtisadiyyata təsir göstərəcək.

350 mindən artıq iş qabiliyyətli kişilər çağırışdan qaçır. Hesabatda deyilir ki, səfərbərlik onsuz da işçi qüvvəsinin kəskin çatışmazlığını bir qədər də pisləşdirib və "istehlakçılar və biznesin edimadına mənfi təsir edib".

"Artan qeyri-müəyyənlik fonunda istehlak əhval-ruhiyyəsinin dəyişməsi dördüncü rübün əvvəlinə istehlakın bərpasını müvəqqəti dayandıra bilər.

Qismən səfərbərlikdən sonra işçi qüvvənin azalması şirkətlərin təklifin məhdudlaşdırılmasının qarısını almaq və yaxın aylarda iqtisadi fəallığın ümumi meylini məhdudlaşdırmaq cəhdlərini çətinləşdirə bilər", - hesabatda deyilir.

Həmçinin qeyd edilir ki, xarici şirkətlərin Rusiya bazarından getməsi inflyasiyaya təzyiq göstərib, çünki əsas istehlak mallarının tədarükü dayanıb.

Bu zamanda ekspertlər hesab edir ki, ABŞ və Avropanın Rusiya iqtisadiyyatının neft və texnologiya sektoruna sanksiyalarının təsiri hələ hiss edilmir