Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şarl Mişel sülhü yaxınlaşdırmaq üçün Bakı və İrəvana müraciət edib

Avropa Şurasının prezidenti Şarl Mişel regionda gərginliyin artması fonunda Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün səyləri gücləndirir.

Amerikanın “Politico” nəşri xəbər verir ki, Şarl Mişel iyulun 18-də Londonda Avropa Siyasi Birliyinin toplantısı çərçivəsində Ermənistan və Azərbaycan liderləri ilə ikitərəfli görüşlər keçirib.

Mişel həmçinin hər iki tərəfə müraciət edərək onları danışıqlar masasına qayıtmağa və sərhədlərin delimitasiyası kimi həll edilməmiş məsələlərdə irəliləyiş əldə edərək “sülh sazişini yekunlaşdırmağa” çağırıb.

Məqalə müəllifi qeyd edir ki, Brüsseldə aylarla dayandırılmış danışıqlar və çoxdan gözlənilən sülhün əldə olunmasına mane olan diplomatik çıxılmaz vəziyyətlə bağlı məyusluq artır.

Mişellə görüşlərinə baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev danışıqlar masası arxasına əyləşmək imkanı tapa bilməyiblər, hər iki tərəf bir-birini görüşdən imtina etməkdə ittiham edib.

Nəhayət, hər iki tərəf oyun oynamağı dayandırmalı və sövdələşməyə getməlidir, çünki Aİ prezidenti Mişel sülh razılaşmasına nail olmaq üçün mümkün olan hər şeyi edib”, Mişelə yaxın yüksək səviyyəli diplomat bildirib.

“Politico” qeyd edir ki, ötən həftə Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı iki ölkənin ümumi sərhədi boyunca “təxribatlar törətməkdə” ittiham edib və “özünümüdafiə üçün əllərində olan bütün vasitələrdən istifadə edərək lazımi cavab tədbirləri görəcəyi” ilə hədələyib. Azərbaycan iki tarixi rəqib arasında güc balansı yaratmaq cəhdi ilə Fransa kimi Aİ ölkələrinin İrəvana verdiyi hərbi dəstəyi də tənqid edib, məqalə müəllifi fikrini tamamlayıb.