Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şarl Mişel COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Noyabrın 11-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Şarl Mişeli Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

Bundan əlavə, Lixtenşteyn Knyazlığının Baş naziri Daniel Riş, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb, Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç, Belçika Krallığının Baş naziri Aleksandr De Kro, Monqolustan Respublikasının Prezidenti Uxnaaqiyn Xurelsux, Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska, Asiya İnkişaf Bankının (ADB) prezidenti Masatsuqu Asakava, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, eləcə də bir çox digər ölkələrin prezidentləri, baş nazirləri və rəsmi şəxsləri Bakıya gəliblər.