Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sabahın HAVA PROQNOZU açıqlandı

İyulun 31-nə olan hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz
keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti Şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu:

- Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,
-  Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında:

Əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.