Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sabah hava necə olacaq?

Oktyabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Oktyabrın 31-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10° isti olacaq.