Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rüstəm Muradovun xidmət müddəti başa çatıb

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.

“Sputnik Armenia” xəbər verir ki, görüşdə Muradovu kimin əvəz edəcəyi açıqlanmayıb, ancaq hələ may ayında Aleksey Avdeyevin rus sülhməramlılarının yeni komandanı ola biləcəyi barədə xəbərlər yayılmışdı.