Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ruslar Türkiyədə birinci oldu: Mənzil alışında

Rusiya vətəndaşları Türkiyənin daşınmaz əmlak bazarında İran və İraqdan olan xariciləri arxarda qoyub.




Blomberg xəbər verir ki, rusların mənzil alışına yatırdıqları sərmayə əvvəlki ayla müqayisədə iki dəfədən çox (1152 ədəd mənzil) artıb.

Hazırda Türkiyədə ilk dəfə olaraq xarici ev alanların reytinqinə rusiyalılar başçılıq edir.

Qeyd olunur ki, son üç ayda Rusiya vətəndaşları Qərbin tətbiq etdiyi sanksiyalardan sonra Türkiyədə rekord sayda mənzil alıblar.

Bununla yanaşı, ruslar Dubay və İsrailin də əmlak bazarında aktivləşiblər.