Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyaya keçmək istəyən yük avtomobillərinin uzun növbəsi yaranıb

Oktyabrın 24-də Azərbaycanın Qusar rayonunun “Samur” gömrük keçid məntəqəsində Rusiya Federasiyasına keçən nəqliyyat vasitələrinin uzun növbəsi yaranıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gömrük keçid məntəqəsində 2 mindən çox yük maşını qarşı tərəfə keçmək üçün növbə gözləyir.

“Samur” gömrük keçid məntəqəsindən bildirilib ki, Azərbaycanın Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur. Onların demələrinə görə, orada qarşı tərəfin buraxılış sayına uyğun olaraq yük nəqliyyat vasitələrinin keçidi təmin edilir.

Habelə vurğulandığına görə, yaranan sıxlıqla əlaqədar "Samur" gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Xəbərdə Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturlarının sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün Rusiya tərəfi ilə danışıqlar apardığı bildirilir.

Hələlik, məsələ ilə bağlı Rusiya tərəfinin aidiyyatı qurumlarından münasibət almaq mümkün olmayıb.