Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın verdiyi itkilərin sayı açıqlandı - Yenilənmiş siyahı

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 29 200 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 293 ədəd tankı, 3 166 ədəd zirehli döyüş maşını, 604 ədəd artilleriya sistemi, 204 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 204 ədəd hərbi təyyarəsi, 170 ədəd helikopteri, 110 qanadlı raket, 2 206 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 476 ədəd dronu və 43 ədəd xüsusi texnikası məhv edilib.