Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 69 700 canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 640 tank, 5 378 zirehli maşın, 1 698 artilleriya sistemi, 379 reaktiv yaylım atəşi sistemi, 192 hava hücumundan müdafiə sistemi, 272 təyyarə, 251 helikopter, 1 401 PUA, 351 qanadlı raket, 16 gəmi/qayıq, 4 088 avtomobil texnikası və avtosistern, 151 xüsusi texnikadan ibarətdir.