Rusiyanın satınalma üzrə vahid informasiya saytında Azərbaycana qarşı təxribata yol verilib
03 Sentyabr 2021
Rusiyanın satınalma sahəsi üzrə vahid informasiya sisteminin rəsmi saytında Azərbaycana qarşı təxribata yol verilib.
Saytda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tender elan edilib.
Tender elanında Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisi “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edilib.
“Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikası ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-mənzil fondunun hərtərəfli saxlanmasının təşkili və keçirilməsi üçün xidmətlərin göstərilməsi”, - deyə tender elanında bildirilib.(APA)