Rusiyanın "qələbəsi üçün dua" və "Bakının doğma evə dönməsi" münasibətilə tost
Moskvadan göndərilən din xadimi Bakıda nə ilə məşğuldur?
28 Sentyabr 2024
Bakı yeparxiyasının din xadimləri qalmaqallarla müşayiət olunan yeni təyinatlardan sonra dincliyi itiriblər. Bu dəfə narazılığa yeni yepiskop Aleksiy Smirnovun hərəkətləri səbəb olub.
Bu ilin iyunun 15-də ölkəyə gələn Bakı və Azərbaycan yeparxiyasının yeni təyin olunmuş rəhbəri yepiskop Aleksiy yerli keşişlərdən Rusiyanın Ukrayna üzərində qələbəsi üçün dua oxumağı tələb edərək, əks halda onları mükafatlardan məhrum etmək, eləcə də professional fəaliyyəti davam etdirmək üçün ciddi imtahan keçirməklə şantaj edir. Bu barədə Minval.az-a adının açıqlanmasını istəməyən keşişlərdən biri məlumat verib.
O, qeyd edib ki, iyulun 6-da ultravətənpərvər baxışları ilə tanınan Stavropol mitropoliti Kirill Pokrovski yeparxiya ruhanilərinin yanında Bakının yeni yepiskopu Aleksi Smirnovu salamlayaraq, “Bakı yeparxiyasının öz doğma evinə qayıtması ilə bağlı” tost (sağlıq) deyib.
Bu gün Rusiya silahlı qüvvələrinin əsas təbliğatçısı olan Stavropol mitropoliti hansı “evi” nəzərdə tutub?
Ekspertlərin fikrincə, Kirill “ultravətənpərvər ritorikası və geniş yayılmış anti-Qərb konspirologiya nəzəriyyələri” ilə məşhurdur. O, 2022-ci ildə Ukrayna əleyhinə təbliğatın fəal iştirakçısı kimi Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyib və orada "nasizmlə, şeytançılıqla və Dəccalla müharibə aparıldığını" bildirib. Onun tələbəsi Aleksiy Smirnov isə Bakıya gəldiyi ilk günlərdən Rusiya ilə Ukrayna arasında sülh üçün dualar oxumağı qadağan edib. Qeyd edək ki, son 3 ildə kilsədə ancaq sülh üçün duaları oxunurmuş.
Yeni yepiskop Azərbaycanın hərbi münaqişə ilə bağlı neytral mövqe tutmasını və kilsəyə gələnlərin Azərbaycan vətəndaşları olmasını nəzərə almadan, hər dini ayindən sonra Rusiyanın qələbəsi üçün dua oxuyur.
Smirnov sentyabrın 21 və 22-də dini ayin zamanı dyakonlara ucadan Rusiya ordusunun qələbəsi üçün dualar oxumağı tapşırıb. Yerli ruhanilər buna qəti imtina ilə cavab veriblər. Bundan sonra Smirnov Bakı keşişlərini mükafatlardan məhrum etməklə və onları imtahana çəkməklə hədələyib.
Başqa sözlə desək, Moskvadan göndərilən din xadimi (Bakı yeparxiyasına rəhbər Moskvadan təyin olunur) dini ayinləri siyasiləşdirməyə çalışır. Bununla da o, həmişə obyektiv olmağa çalışan, münaqişə ilə bağlı məsələlərin ərazi bütövlüyü prinsipinə riayət etməklə həllinə çağıran multikultural Azərbaycanın inanc və prinsiplərinə zidd olduğunu yaxşı bilsə də, dözümsüzlük mühiti yaratmağa çalışır. Xüsusən də, əsas məqsədi dövlətin işlərinə qarışmaq deyil, insanların xilası olan kilsədə. Azərbaycandan olan din xadimləri isə bundan şikayət edilər.
Azərbaycanda müxtəlif xalqların, dini konfessiyaların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayır və bu, aparılan səriştəli dövlət siyasətinin nəticəsidir.