Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Rusiyanın müharibə üçün ehtiyatı tükənir" - Pentaqon

Mayın 16-na olan məlumata görə, Rusiya Ukraynaya qarşı müharibəyə batalyon taktiki qruplarının (BTQ) 76 faizini cəlb edib.

Bu barədə amerikalı müxbir Cek Detç Pentaqon rəsmilərindən birinə istinadən məlumat verib.

ABŞ Müdafiə Nazirliyinin əməkdaşı bildirib ki, hazırda Ukrayna ərazisində təxminən 106 Rusiya BTQ-si döyüşür. Onun sözlərinə görə, Rusiyanın hərbi-siyasi rəhbərliyi Ukraynaya hücumda 140 BTQ-dən istifadə etməyi planlaşdırıb.

Rəsmi şəxs bildirib ki, Putinin müharibəni davam etdirmək üçün az miqdarda hərbi resursları qalıb.