Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın itkiləri açıqlandı

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 44 100 hərbçisini itirib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 886 tank, 4 162 zirehli döyüş maşını, 993 artilleriya sistemi, 263 reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 196 helikopter, 792 PUA, 190 qanadlı raket, 15 gəmi, 3 054 avtomobil texnikası və avtosistern, 93 xüsusi texnikadan ibarətdir.