Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın itkiləri açıqlandı - Son durum

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 5 710 nəfər zərərsizləşdirilib, 200 nəfər əsir götürülüb.

Bundan başqa, işğalçı qüvvələrin 29 təyyarə, 29 helikopter, 198 tank, 846 zirehli döyüş maşını, 77 artilleriya qurğusu, 7 hava hücumundan müdafiə sistemi, 24 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 305 avtomobil texnikası məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - deyə məlumatda vurğulanıb.

Bundan əlavə, Ukrayna Müdafiə Nazirliyi Rusiya ordusunun hücumları ilə bağlı yeni məlumat yayıb. Nazirlik martın 1-də səhər saatlarında rusların ağır silahlarla yenidən hücuma keçdiyini açıqlayıb.

“Mülki və hərbi infrastruktura hücum etmək üçün təxribat və kəşfiyyat qruplarından geniş istifadə olunur. Düşmənin şimal-şərq istiqamətindən paytaxta doğru irəliləməsinin qarşısını almaq üçün Siversski rayonunda müdafiə döyüşləri davam edir. Düşmənin texnikası və canlı qüvvəsi məhv edilir.

Kiyev Müdafiə Qüvvələri şəhərin müdafiəsini davam etdirir, müdafiənin xarici sərhədlərini və mühüm dövlət infrastrukturunu qoruyur, işğalçı bölmələrin paytaxtın ətraf ərazilərinə yaxınlaşmasının qarşısını alır.

Beynəlxalq humanitar hüquq normalarına məhəl qoymayaraq, Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyasının və Milli Polisinin hərbi geyimində kamuflyaj olunan, döyüş birləşmələri vasitəsilə Kiyevə soxulan düşmən müəyyən edilərək məhv edilir.

Qoşunlarımız bu istiqamətdə fəal iş görürlər. Qoşunlarımızın davamlı müdafiəsi düşmənin döyüş ruhunu və qələbə əzmini sürətlə aşağı salır. Könüllü əsir düşmə və fərarilik halları müşahidə olunur.

Ukrayna Hərbi Hava Qüvvələrinə xidmətlərinə görə təşəkkür edirik. Təkcə son gündə onlar rus təcavüzkarlarının 5 təyyarəsini məhv ediblər”.