Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın canlı itkisi 69 mini keçdi – FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 69 220 canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 631 tank, 5 364 zirehli maşın, 1 690 artilleriya sistemi, 379 reaktiv yaylım atəşi sistemi, 192 hava hücumundan müdafiə sistemi, 271 təyyarə, 249 helikopter, 1 398 PUA, 351 qanadlı raket, 16 gəmi/qayıq, 4 078 avtomobil texnikası və avtosistern, 150 xüsusi texnikadan ibarətdir.