Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyadan qaçan Kseniya Sobçak ölkəsinə qayıtdı

Rusiyalı tanınmış jurnalist Kseniya Sobçak Rusiyaya qayıdıb.

“İzvestiya” xəbər verir ki, şahidlər Sobçakın həyat yoldaşı Konstantin Boqomolovla Pskov vilayətində Latviya ilə sərhəddə yerləşən Buraçki sərhəd-keçid məntəqəsini keçdiyini deyib.

Jurnalistin anası Lyudmila Narusova isə qızının Rusiyaya qayıtmasını təsdiq etməyib.

Xatırladaq ki, Kseniya Sobçak oktyabrın 26-sı İsrail pasportu ilə Rusiyanı tərk edib. Daha sonradan onun piyada Belarusdan Litvaya keçdiyi barədə məlumatyayılıb. Həmin gün onun bağ evində axtarış aparılıb. Axtarış əməliyyatı “Rostex” dövlət korporasiyasından hədə-qorxu ilə pul tələbetmə işi çərçivəsində aparılıb. Bu zaman Sobçak cinayət işində şübhəli qismində çıxış edirdi. İki gündən sonra isə onun statusu “şahid” olaraq dəyişdirilib.

Cinayət işi çərçivəsində, Sobçakın kommersiya direktrou Kirill Suxanov və “Tatler”in eks-baş redaktoru Arian Romanovski saxlanılıblar. Suxanov və Romanovski hazırda istintaq təcridxanasında saxlanılır və onları 15 ilə qədər həbs cəzası gözləyir.