Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada Ukraynadan qayıdan hərbçini öldürərək doğradılar

Yakutskda ziyafət zamanı Ukraynadan qayıdan şəxs öldürülüb.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, iki şübhəli şəxs - 23 yaşlı və 31 yaşlı kişilər saxlanılıb.

Bildirilib ki, ziyafət zamanı içkili şəxslər arasında ölümlə nəticələnən mübahisə düşüb.

Mərhumun meyiti hissələrə bölünərək zibilliyə atılıb. Həmçinin meyitin qalıqları zibil maşınında və qatillərin mənzilində tapılıb.

Hadisəni törədən şəxslər həbs olunublar.