Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada səfərbərliyə çağırılan 10 min nəfərə yaxın şəxs geri qaytarılıb

Rusiyada ölkə üzrə səfərbərliyə cəlb edilən təxminən 10 min nəfər müxtəlif səbəblərdən vətənə qaytarılıb.

Bununla bağlı Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov Sankt-Peterburqa səfəri zamanı jurnalistlərə verdiyi açıqlamasında bildirib.

Kartapolov qeyd edib ki, qaydalara zidd aparılan səfərbərliyin bu səhvi araşdırılır: “Sözsüz, belə hallar varsa, araşdırılır və təbii ki, həmin şəxs geri qaytarılacaq”.

Qeyd edək ki, Rusiyada Prezident Vladimir Putin sentyabrın 21-dən qismən səfərbərlik haqqında fərman imzalayıb.

Oktyabrın 14-də isə Putin səfərbərliyi iki həftə ərzində başa çatdıracaqlarını açıqlayıb.