Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada qismən səfərbərlik başa çatdı - Yeni səfərərliyə kimi?

Rusiyada qismən səfərbərlik başa çatıb.

TASS xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə edib.

Müdafiə nazirinin sözlərinə görə, qarşıya qoyulan 300 min nəfərlik tapşırıq yerinə yetirilib.

Qismən səfərbərlik çərçivəsində müxtəlif səviyyəli icra hakimiyyəti orqanlarının 1 300-dən çox nümayəndəsi hərbi xidmətə çağırılıb, 13 min nəfər könüllü olaraq orduya yazılıb.

Səfərbərlik çərçivəsində çağırılanların orta yaşı 35 idi.