Rusiyada miqrantların evlərinə göndərdiyi puldan 3 faiz vergi tutula bilər
01 İyul 2026
Rusiya Dövlət Duması miqrantların xaricə pul köçürmələrinə 3% vergi tətbiq etməyi təklif edib.
Miqrantların Rusiyada qazandıqları və evlərinə göndərdikləri puldan 3 faiz vergi tutmaq təklif olunub.
Bildirilib ki, ötən il Rusiyadan Qırğızıstana rekord həddə - 3,2 milyard dollar, Özbəkistana 15 milyard dollar və Tacikistana 7-9 milyard dollar göndərilib.
Dumanın "Ədalətli Rusiya" fraksiyasının rəhbəri Sergey Mironovun sözlərinə görə, məcburi vergi xəzinəyə ən azı 45 milyard rubl əlavə gəlir gətirəcək.
Deputat bildirib ki, hazırda dövlət büdcəsi bu köçürmələrdən heç nə qazanmır, yalnız ödəniş sistemləri və banklar komissiya alır.