Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada hərbi təyyarə yaşayış evinin üzərinə düşüb, iki nəfər ölüb

Rusiyanın İrkutsk vilayətində "Su-30" hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşüb.

Bu barədə TASS Fövqəladə Hallar Nazirliyinə istinadən bildirib.

Hadisə nəticəsində iki pilot həlak olub. Məlumata görə, sakinlər arasında itki yoxdur.

Hadisədən sonra başlayan yanğının sahəsi 200 kv.m-ə çatıb.

Hadisə yerində yanğınsöndürmə və xilasedicilər işləyir.