Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada hərbi hissədə partlayış: ölən və yaralılar var

Rusiyanın Xabarovsk vilayətində Teysin qəsəbəsində yerləşən hərbi hissədə partlayış baş verib.

Pressklub.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var.

Hərbi hissənin ərazisində baş verən partlayış zamanı ən azı bir nəfər ölüb, daha 8 nəfər yaralıdır.

Partlayışın ilkin səbəbi kimi, hərbçilərin sursat yükləyərkən ehtiyatsız davranması olub.