Rusiyada “Dojd” telekanalı və “Exo Moskvı” radiostansiyasını bağladılar
01 Mart 2022
Rusiyada “Dojd” telekanalının və “Exo Moskvı” radiostansiyasının saytı bloklanlb. Bundan əlavə, “Exo Moskvı” radiostansiyası efirdən də söndürülüb.
Qeyd edək ki, adları çəkilən telekanal və radiostansiyanın saytının bloklanmasını Rusiya Baş Prokurorluğu tələb edib. Prokurorluq onları ekstremist fəaliyyətə çağıran materiallar dərc etməkdə ittiham edib.
İddia olunur ki, bu saytlar “sistematik şəkildə Rusiya hərbçilərinin DXR və LXR-in müdafiəsi üçün həyata keçirdiyi xüsusi əməliyyatla bağlı yalan məlumatlar yayırlar”.