Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ukrayna-Polşa sərhədi yaxınlığında yanacaqdoldurma məntəqəsinə zərbə endirib

Rusiya Ordusu Ukraynanın Volın vilayətində, Polşa ilə sərhəddə yerləşən “Yaqodin” keçid məntəqəsinin yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə zərbə endirib.

Bu barədə Ukrayna mediası məlumat yayıb.

Nəticədə yanacaqdoldurma məntəqəsi və bir neçə yük avtomobili yanıb.

Görüntülərdə yanacaqdoldurma məntəqəsini və onun yaxınlığında dayanan yük avtomobillərini əhatə edən genişmiqyaslı yanğın əks olunub. Kadrlarda baş verənləri müşahidə edən insanlar da görünür.