Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya PUA-ları Rumıniyanın hava məkanını pozub

Rumıniyanın radiolokasiya sistemləri Rusiyanın Ukraynaya gecə hücumu zamanı pilotsuz uçuş aparatının ölkənin hava məkanını pozduğunu qeydə alıb.

Bu barədə "Reuters" ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, pilotsuz uçuş aparatı ilə əlaqə sərhədyanı Kiliya-Veke kəndi yaxınlığında itib.

Nazirlik Rusiyanın hərəkətlərini pisləyib və Rumıniyanın müttəfiq dövlətlərlə mütəmadi qaydada koordinasiyada olduğunu bəyan edib.

"Biz Rusiya Federasiyasının regional təhlükəsizliyi təhdid edən və beynəlxalq hüquq normalarını ciddi şəkildə pozan addımlarını qətiyyətlə pisləyirik. Milli Müdafiə Nazirliyi müttəfiq strukturlarla koordinasiyanı davam etdirir, hadisələri izləyir və Rumıniya ərazisinin və əhalisinin müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır", - nazirlikdən qeyd ediblər.