Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya ordusunun itkiləri 66 750 nəfəri keçib

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 66 750 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 573 tank, 5 258 zirehli maşın, 1 648 artilleriya sistemi, 372 reaktiv yaylım atəşi sistemi, 189 hava hücumundan müdafiə sistemi, 269 təyyarə, 243 helikopter, 1 325 PUA, 329 qanadlı raket, 16 gəmi/qayıq, 4 006 avtomobil texnikası və avtosistern, 147 xüsusi texnikadan ibarətdir.