Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib: 3 nəfər ölüb, azı 34 yaralı var
11 Sentyabr 2026
Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinə dron zərbəsi nəticəsində 3 nəfər ölüb.
“Unian“ xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun məlumatına görə, Pavloqradda yaralıların sayı isə 34-ə çatıb.
Rəsmi məlumata görə, hücum nəticəsində avtomobillər, mağazalar yanır.