Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya ilə Suriya ilk dəfə birgə təlim keçirib

Suriya səhrasında Rusiya və Suriya helikopterçiləri ilk dəfə birgə təlim keçiriblər.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı qoşunlarının aviasiya qrupunun rəisi Andrey Yermakov bildirib.

Suriya pilotları təlimdə Rusiyanın “Mi-24” helikopteri ilə uçuşlar ediblər.

Təlimdə Rusiyanın “Mi-8” nəqliyyat və “Ka-52” zərbə helikopterləri də iştirak edib.