Rusiya ilə ABŞ arasında genişmiqyaslı məhbus mübadiləsi aparılıb
01 Avqust 2024
gün Ankarada Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi aparılıb.
Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilib ki, Rusiyada həbsdə saxlanılan ABŞ-nin məşhur “Wall Street journal” nəşrinin müxbiri Evan Gerşkoviç və rusiyalı məhbuslar bu gün sərbəst buraxılıb.
30 nəfərlik siyahıda başqa məşhur şəxslərin də olduğu bildirilir.
Qeyd edilib ki, mübadilə Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) vasitəçiliyi ilə baş tutur.
"Bu, tərəflər arasında "soyuq müharibə"dən sonra ən böyük məhbus mübadiləsidir. Bundan öncəki mübadilə 14 nəfəri əhatə edib", - deyə məlumatda vurğulanıb.
Məlumata görə, Rusiya Qərb ölkələrinə aşağıda adları qeyd olunan şəxsləri təhvil verir:
- Vladimir Kara-Murza,
- Liliya Çanışeva,
- İlya Yaşin,
- Kseniya Fadeeva,
- Andrey Pivovarov,
- Pol Uilan,
-Alsu Kurmaşeva,
- Oleq Orlov,
- Saşa Skoçilenko,
- Diter Voronin,
- Kevin Lik
- Riko Krieger
- Patrik Şobel
- Herman Moyjes,
- Vadim Ostanin.
Bunun əvəzində Qərb ölkələri Rusiyaya təhvil verir:
- Vadim Krasikov (Almaniya)
- Artem Dultsev (Sloveniyadan),
- Anna Dultseva (Sloveniyadan),
- Mixail Mikuşin (Norveçdən),
- Pavel Rubtsov (Polşadan),
- Roman Seleznev (ABŞ-dan),
- Vladislav Klyuşin (ABŞ-dan),
- Vadim Konoşenko (ABŞ-dan).