Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya hərbçiləri Ukraynada it əti yeyir: "Vəziyyət çox pisdir"

Ukraynada olan Rusiya qoşunlarında maddi-texniki təchizat problemi yaşandığından şəxsi heyət it əti yeməyə başlayıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) məlumatına görə, Xerson vilayətinin işğal olunmuş ərazisində yerləşən rus əsgəri dostuna yazdığı mesajda vəziyyətin çox pis olduğunu bildirib.

Rusiyalı hərbçi yazıb ki, ərzaq tükənib, çətin durumdadırlar:

"Vəziyyət çox pisdir. Ukraynalılar bizi uşaq kimi zorlayırlar. Yeməyə heç nə yoxdur, it əti yeyirik...”

UTX-dən bildirilib ki, bu hal Rusiya ordusunda ilk dəfə deyil:

“Yaşanan bu vəziyyət Rusiya televiziyasında yayımlanan "qalib ordu" şəkilləri ilə kəskin ziddiyyət təşkil edir. Mesajda da vurğulandığı kimi, qələbə yalnız mediadadır”.