Rusiya Gürcüstanla vizasız rejimi bərpa edib
11 Oktyabr 2024
Cümə axşamı Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasına iş üçün və ya 90 gündən çox olmayan müddətə daxil olan Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiqi barədə fərman imzalayıb.
Fərman imzalandığı gündən – oktyabrın 10-dan qüvvəyə minir.
Gürcüstan və Rusiya arasında diplomatik münasibətlər yoxdur. 2008-ci ilin avqustunda Rusiya Gürcüstana hücum edərək onun ərazisinin bir hissəsini - Abxaziya və Cənubi Osetiyanı işğal etdikdən sonra bu münasibətlər Gürcüstan tərəfindən pozulub.