Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya: Gümrüdəki bazanın çıxarılması ilə bağlı Ermənistandan müraciət almamışıq

Rusiya Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazanın çıxarılması ilə bağlı müraciət almayıb.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, Moskva hələ də hesab edir ki, Gümrüdə yerləşən Rusiya hərbi bazası Ermənistanın və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının mühüm elementidir.

“Ermənistan tərəfdən bazanın çıxarılması ilə bağlı heç bir müraciət almamışıq”, – Qaluzin qeyd edib.