Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya əsgərləri artıq kütləvi şəkildə əsir düşürlər

Rusiya ordusunun əsgərləri Ukraynada kütləvi şəkildə, dəstələr halında bəzən heç bir müqavimət göstərmədən əsir düşür. Sosial şəbəkələrdə hər gün bunu təsdiqləyən çoxsaylı videolar yayılmaqdadır. Növbəti belə videoda əsir düşən rusların avtobusa doldurulması əks olunur, onların üst-başı palçıq içindədir, özləri günlərlə ac qaldıqlarını deyirlər və ukraynalı döyüşçülərin verdikləri çörək parçalarını acgözlüklə yeyirlər.

“Bütün bunlar dərin şok vəziyyətində bizim Ukraynanın meşələrində və çöllərində dolaşır. Kalonlar darmadağın edilib, yemək yoxdur. Hər yerdə düşmənlərdir”, - teleqram kanalları bildirilər.

Qeyd olunur ki, rusların aclığa və soyuğa tab gətirməyərək təslim olduqları görünür. Onlar avtobusa mindirildikcə hansı şəhərlərdən xidmətə çağırıldıqlarını deyirlər...