Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya “DXR” və “LXR”in “müstəqilliyi”ni tanıdı

Rusiya Ukrayna ərzisindəki “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın "müstəqilliyini" tanıyıb.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin televiziya ilə xalqa müraciətində bildirib.


Daha sonra Rusiya Prezidenti "Luqansk və Donetsk xalq respublikaları"nın "müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb.

Putin fərmanı "DXR" və "LXR" rəhbərləri Denis Puşilin və Leonid Pseçnikin iştirakı ilə imzalayıb.

Daha sonra Putin və qondarma respublikaların liderləri arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanıb.

Putin "DXR" və "LXR" rəhbərlərini Rusiya ilə dostluq müqavilələrinin imzalanması münasibətilə təbrik edib.