Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Donbasda irəliləyib - Severodonetskin şərq hissəsi ələ keçirilib

“Düşmən Severodonetskin şərq hissəsinə nəzarəti ələ keçirdi”.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir. Bildirilir ki, Xarkov istiqamətində Rusiya ordusunun əsas səyləri ələ keçirilmiş xətləri saxlamaq və Ukrayna qoşunlarının irəliləməsini dayandırmaqdır.

Ukrayna qoşunlarının hücum potensialını azaltmaq üçün Rusiya ordusu Tişki, Zoloçiv və Derqaçi yaşayış məntəqələri ərazilərində Ukrayna Müdafiə Qüvvələrinin mövqelərini top və reaktiv artilleriyadan atəşə tutur.
Bundan əlavə, Slavyansk istiqamətində Svyatoqorsk və Ridne yaşayış məntəqələri ərazilərində Ukrayna bölmələri artilleriya atəşinə tutulub. Rusiya ordusu Nemalenkoye və Dibrivnoye istiqamətində hücuma keçsə də, itki verərək geri çəkilib.

Rusiya ordusu Avdiivka, Kuraxovski, Novopavlovski və Zaporojye istiqamətlərində aktiv döyüş əməliyyatları aparmayıb.