Rusiya Almaniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır
08 Sentyabr 2026
Rusiya Almaniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlamaq və Höte mərkəzlərinin əməkdaşlarını ölkədən çıxarmaq qərarına gəlib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN Sankt-Peterburqdakı alman diplomatlarının sentyabrın 18-dək Rusiyanı tərk etmələrini tələb edib.
Höte mərkəzlərinin əməkdaşları isə sentyabrın 13-dək Rusiyanı tərk etməlidirlər.
“Rusiya Federasiyası və Almaniya Federativ Respublikası arasındakı münasibətlərdə yeni bir eskalasiyanın nəticələrinə görə məsuliyyət tamamilə Berlinin üzərinə düşür”, - Rusiya XİN-in məlumatında deyilir.