Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya 200 minə yaxın əcnəbinin ölkəyə girişini məhdudlaşdırıb

Rusiya hakimiyyəti 200 minə yaxın əcnəbinin ölkəyə girişini məhdudlaşdırıb.

Bunu Rusiya daxili işlər nazirinin birinci müavini, miqrasiya və vətəndaşlıq üzrə xidmətin rəisi Andrey Kikot prezident Vladimir Putinlə görüşdə bildirib.

Onun sözlərinə görə, hər il təxminən 9 milyon əcnəbi müxtəlif məqsədlər üçün Rusiyaya gəlir

Kikot qeyd edib ki, Rusiya son on səkkiz ayda bütün miqrasiya prosesləri nəticəsində 321 milyard rubl (4 mlrd ABŞ dolları) gəlir əldə edib.

Putin bildirib ki, Rusiyadan qanunsuz miqrantların deportasiyasının sayı 2,6 dəfə artıb.

Onun sözlərinə görə, əmək miqrantları ilə bağlı məsələlərin həllində yerli vətəndaşların maraqları hər şeydən üstündür:"Əcnəbilərin məqsədyönlü şəkildə mütəşəkkil şəkildə işə cəlb edilməsi miqrantların öz hüquqlarını təmin edir və bunu da nəzərə almaq lazımdır".

Putin vurğulayıb ki, son 1,5 ildə Rusiya federal büdcəsinə miqrantlar üçün iş icazəlırindən (patent-red) 60 milyard rubldan (700 milyon ABŞ dolları) çox gəlir daxil olub.