Logo
news content
User
Kateqoriyalar

Xəbər

Robert Koçaryana qarşı cinayət təqibinə icazə verilib

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) sabiq prezident Robert Koçaryana qarşı cinayət təqibinə icazə verib.

Ermənistan mətbuatı xəbər verir ki, bu barədə vəkil Aram Orbelyan komissiyanın iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Daha əvvəl Baş Prokurorluq R. Koçaryanın, eləcə də seçilmiş deputatlar Asatur Koçaryan və Ruslan Barseqyanın cinayət təqibinə icazə verilməsi barədə vəsatətlə MSK-ya müraciət edib.

"Komissiya cinayət təqibinə icazə verib", - Orbelyan bildirib.

Orbelyan xatırladıb ki, ittiham vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ilə bağlıdır.

Onun sözlərinə görə, cinayət işində bəhs edilən "Master Klass" tennis klubunun satışı Köçəryanın təmsil olunmadığı hökumətin qərarı ilə həyata keçirilib.