Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Reuters": ABŞ Baltikyanı ölkələri Rusiyaya qarşı aqressiv bəyanatlardan yayınmağa çağırıb

ABŞ bəzi NATO ölkələrini Rusiyaya qarşı aqressiv tonu yumşaltmağa çağırıb.

Bu barədə “Reuters“ məsələdən xəbərdar olan dörd mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon bunu Rusiyaya qarşı kəskin bəyanatların kontinental təhlükəsizliyə zərbə vurması ilə əsaslandırıb.

Mənbənin sözlərinə görə, ABŞ-ın xəbərdarlıq etdiyi NATO ölkələrinə Baltikyanı regionda yerləşən Litva, Latviya və Estoniya daxildir.

“Reuters“in məsələ ilə bağlı Pentaqonun sorğusuna isə şərh bildirilməyib.