Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qurbanov: “Qarabağ"a sadiq olmağımın səbəblərindən biri də...” - VİDEO

UEFA Avropa Liqası və Avropa Konfrans Liqasının jurnalının 5-ci buraxılışı Azərbaycan təmsilçisi “Qarabağ”a həsr olunub.

Qitə futbol qurumunun rəsmi jurnalı baş məşqçi Qurban Qurbanov, kapitan Maksim Medvedev və komandada ən çox oyun keçirən futbolçulardan biri Riçar Almeyda ilə danışıb.

Əvvəlcə təcrübəli çalışdırıcı Qurban Qurbanov klubdakı 14 illik karyerasından danışıb: “Mən sevə-sevə bu klubda işləyirəm. Bu kluba sadiq olmağımın səbəblərindən biri klubun adıdır. Sonra rəhbərliklə bizim aramızda olan inam, güvən var. İnsan hər yerdə öz istədiyini rəhbərliyə bildirirsə, bu xüsusi haldır”.

Daha sonra mütəxəssis “Barselona”da qazandığı təcrübədən və bunu öz komandasında həyata keçirməsindən söz açıb: “Mənim ən böyük təcrübəm “Barselona”da, onların akademiyasında oldu. “Qarabağ”ın “Barselona” taktikası ilə oynaması fikri də mənim “Barselona” tərəfdarı olduğuma görə yaranıb”.