Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qızıl kimlərə qismət oldu - Siyahı

Çinin paytaxtı Pekində fevralın 4-dən 20-dək keçirilmiş Qış Olimpiya Oyunlarında 23 ölkənin idmançıları qızıl medal qazanıb. Norveç 16, Almaniya 12, Çin 9, ABŞ, İsveç və Niderland 8 qızıl götürüb.

Avstriya və İsveçrə 7, Rusiya 6, Fransa 5, Kanada 4, Yaponiya 3, İtaliya, Cənubi Koreya, Sloveniya, Finlandiya və Yeni Zelandiya 2 çempionluq əldə edib.

1 qızıl medalı olan ölkələr bunlardır: Avstraliya, Böyük Britaniya, Macarıstan, Belçika, Çexiya, Slovakiya.