Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qərb mətbuatından şok iddia: Putinin öldüyü bildirilir

“Rusiya prezidenti Vladimir Putin ölüb”.

Bu iddia ilə Britaniyanın “Mirror” və “Star” nəşrləri çıxış edib.

Mənbə yazır ki, onun yerinə oxşarı oturdulub.

Jurnalistlər “kəşfiyyat məlumatlarına” istinad edərək, Putinin ətrafının hələlik “ölümü” gizlədəcəklərini güman edirlər, lakin artıq zəmin hazırlayaraq, Kremlin sahibində qan xərçəngi olması barədə şayiələr yayırlar.

Putinin ölümü ilə bağlı hələlik heç bir rəsmi məlumat yoxdur.

Digər bir məlumata görə, Putin son dərəcə sürətlə inkişaf edən xərçəng xəstəsidir. Rusiya Federal Təhlüksizlik Xidmətinin zabiti iddia edib ki, o görmə qabiliyyətini itirir, çox ağır baş ağrıları var, əl və ayaqlarında termor müşahidə edilir. Məlumata görə, Kremldəki həkimlər onun ən çoxu 3 il ömrünün qaldığını bildiriblər.