Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazaxıstan yaxın gələcəkdə BRICS-ə qoşulmaq niyyətində deyil

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BRICS-ə qoşulmaq üçün təkliflər alıb. Lakin çox güman ki, ölkə yaxın gələcəkdə assosiasiyaya üzvlük üçün müraciət etməyəcək. 

Bunu prezidentin mətbuat katibi Berik Uali TengriNews-a bildirib.

Onun sözlərinə görə, müvafiq təkliflərə dövlət başçısı tərəfindən baxılır və onun tapşırığına əsasən müvafiq idarələr tərəfindən Qazaxıstanın milli maraqları baxımından təhlil edilir. Eyni zamanda, Tokayev hazırda “bütün cari beynəlxalq problemlərin müzakirə oluna biləcəyi və müzakirə edilməli olduğu universal və alternativ olmayan təşkilat kimi” BMT-yə üstünlük verir”, - Uali qeyd edib.

Bununla yanaşı, Tokayevin mətbuat katibi prezidentin BRICS-in Kazanda keçiriləcək sammitində iştirak etmək planlarını da təsdiqləyib.  “Qazaxıstan BRICS-in təkamülünü maraqla izləyir və təşkilatın təsisçi dövlətlərinin liderlərinin istənilən fövqəldövlətlərin hegemonluğundan azad, ədalətli, demokratik dünya nizamı qurmaq üçün hər cür səy göstərmək çağırışlarını dəstəkləyir”, - Uali vurğulayıb.