Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qarqar çayı daşdı, Ağdamda qəbiristanlığı sel basdı - FOTOLAR

Qarqar çayının daşması nəticəsində otlaq, əkin sahələri və qəbiristanlıq ərazisi sel suları altında qalıb. 

Daşqınlar, əsasən, çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Həmçinin, sel sahə və qəbiristanlıq yolunda qurulmuş kiçik körpünü də yuyub aparıb. Daşqın baş verən əraziyə texnika cəlb edilib. Baş verə biləcək digər fəsadların qarşısının alınması məqsədi ilə tədbirlər görülür. (Qafqazinfo)